Animation Sigortapp

Siğortanın asan yolunu
Sizin üçün yaratdıq.

SığortApp – bütün sığorta şirkətlərinin məhsullarının cəmləndiyi bir məkandır.

Sigortapp sığorta bazarında birinci aqreqator mobil əlavədir. Yəni biz bütün bazara bir pəncərə təqdim edir, sadəcə 1 platforma ilə istədiyiniz sığorta şirkətinin xidmətlərindən yararlanmağınıza imkan yaradır və bütün sıxıcı və yorucu sığorta proseslərini asanlaşdırırıq.

Artıq sığorta üçün evdən çıxmağa belə ehtiyac yoxdur. Sığorta ilə əlaqəli bütün işlərinizi sadəcə 1 tətbiq vasitəsilə yerinə yetirə bilərsiniz. Avtomobil (icbari və KASKO), daşınmaz əmlak, sağlamlıq və səyahət sığortası müqavilələrini bir nöqtədən yarada və həyata keçirə bilərsiniz. Tətbiq tamamilə sizin rahatlığınız üçün düşünülərək dizayn edilmişdir. Belə ki, siz sadəcə 3 sadə addımla (sənədlərin foto və ya məlumat xanaları vasitəsilə daxil edilməsi, uyğun sığorta şirkətinin seçilməsi və sığorta haqqının ödənişi) sığortalama prosesini həyata keçirə bilərsiniz. Əlavə olaraq “Mənim əvəzimə məlumatları daxil edin” bölməsini seçdiyiniz halda əməkdaşımız 5 dəqiqə ərzində sizə zəng edir və zəruri məlumatları sizin əvəzinizə sistemə daxil edir.

Bütün sığorta müqavilələrini bir tətbiqetmədə - cibinizdə saxlayırıq! Tətbiqin “Müqavilələrim” bölməsində sizə təyin ediləcək sığorta polisiniz olacaqdır. Və sığorta müqavilələrinizi, müqavilə arxivinizi bu bölmədən rahatlıqla araşdıra biləcəksiniz.

Hər bir hadisədə müştərinin tərəfindəyik! Tətbiqimizin “SOS” bölməsi isə təcili vəziyyətlərdə sizin köməyinizə çatır. Yəni yolda qaldığınız halda yardım tələb edə, bütün sığorta hadisələri ilə bağlı geniş yazılmış təlimatlar əldə edə, ayıq sürücü sifarişi edə həmçinin “Hüquqi yardım” qaynar xətti ilə hüquqi kömək ala bilərsiniz.

Əlaqə